Məqsədlə oyna gücünlə hərəkət et
PADEL HƏYACANINI bİRLİKdə YAŞAYAQ
Kortunu rezerv et
Azərbaycanın İlk tam qapalı kortları
Padeldə yenisən? Gəlin birlikdə kəşf edək!
PADEL NƏDİR?
Padel — tennislə skvoşun dinamik birləşməsidir.
Şəffaf divarlarla əhatələnmiş kiçik bir kortda oynanır.
Öyrənməsi asandır, oynaması isə asılılıq yaradacaq qədər həyəcanlıdır. Həmişə iki nəfərlik. Həmişə əyləncəli.Padel Center Baku hər NƏSLİ EYNİ SEVGİ İLƏ qarşılayır.
Uşaqlar VƏ böyüklər – hamı üçün
İstər 8, istər 68 yaşında olun — burada sizin tempinizə və məqsədlərinizə uyğun məşqlər, icma oyunları və fərdi məşq proqramları sizi gözləyir.
Narahat olma. Nə təcrübə, nə də İDDİA tələb olunur.
Heç vaxt oynamamısan?
Başlanğıc sessiyalarımız və pulsuz tanışlıq günlərimiz sayəsində, əsasları öyrənmək asan, rahat və dəstək dolu bir mühitdə baş tutur. Çox keçməz, sən də oyundasan.
Reset et. Bərpa ol. Və təkrar başla.
PADEL, QƏHVƏ VƏ Rahatlıq
Oyun bitdikdən sonra rahatlanmaq üçün sizi xüsusi qəhvəmizlə Lounge sahəsinə, bərpa üçün isə Recovery Zone-da buzlu su hovuzuna dəvət edirik. Yaxşı bir fincan, yaxşı dostlar və yenidən doğulmuş kimi bir rahatlıq.
Tez-tez verİlən suallar
Axtardığınız cavabı tapa bilmədiniz? Zəhmət olmasa, komandamızla zəng vasitəsilə +994508233999 əlaqə saxlayın və ya bizə qeyd olunan ünvana e-poçt yazın info@padelcenter.az
Hansı növ padel proqramları təklif edirsiniz?
Bütün yaş qrupları və bacarıq səviyyələri üçün proqramlarımız mövcuddur. Bura yeni başlayanlar üçün dərslər, rəqabətli təlimlər və fərdi məşğələlər daxildir.
Avadanlıq icarəsi təklif edirsinizmi?
Bəli, raket və top icarəsi mövcuddur. Əlavə olaraq, inventar almaq üçün pro mağazamızdan istifadə edə bilərsiniz.
Kortu əvvəlcədən bron edə bilərəm?
Əlbəttə! Kortlar onlayn və ya telefon vasitəsilə, öncədən bron edilə bilər.
Qrup dərsləri keçirirsinizmi?
Bəli, yeni başlayanlardan tutmuş peşəkar səviyyəyə qədər bütün oyunçular üçün qrup dərsləri və klinikalar mövcuddur.
Üzvlüyə necə yazıla bilərəm?
Vebsaytımız vasitəsilə onlayn üzv ola bilərsiniz və ya ətraflı məlumat üçün mərkəzimizin resepsionuna yaxınlaşa bilərsiniz.